Qəzzada ölənlərin sayı 52,3 mini ötüb
Digər ölkələr
- 29 aprel, 2025
- 07:55
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 57 fələstinli həlak olub.
“Report” xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, İsrail qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 57 nəfər ölüb, daha 153 nəfər yaralanıb. Daha əvvəl dağıntılar altından çıxarılan 14 nəfərin cəsədi bölgədəki xəstəxanalara çatdırılıb.
Nazirlik əlavə edib ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 52 314 nəfərə çatıb, 117 792 şəxs yaralanıb. Təkcə 2025-ci ilin martında bölgədə hərbi əməliyyatların bərpasından sonra ölənlərin sayı 2 222-yə çatıb, 5 751 nəfər isə xəsarət alıb.
Son xəbərlər
13:27
Emin İskəndərov: "Cüdoçular fiziki və psixoloji cəhətdən dünya çempionatına tam hazırdırlar"
Fərdi13:19
Mikayıl Cabbarov: "Süni intellekt sayəsində karbamid zavodunda istehsal artıb"
Sənaye13:19
Türkiyəli qapıçı Altay Bayındır "Selta" klubuna transfer olunub
Futbol13:18
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb
Daxili siyasət13:18
Foto
Azərbaycan cüdoçuları üçün dünya çempionatı öncəsi seminar təşkil olunub
Fərdi13:14
Azərbaycanın Malayziyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub
Daxili siyasət13:14
Azərbaycanın Pakistandakı səfiri dəyişib
Xarici siyasət13:13
Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub
Xarici siyasət13:09