Qəzzada ölən İsrail hərbçilərinin sayı 185-ə çatıb - YENİLƏNİB
- 09 yanvar, 2024
- 11:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Son sutkada Qəzzada baş verən döyüşlərdə İsrail Müdafiə Ordusunun 9 hərbçisi ölüb.
“Report” “newsru.co.il”ə istinadən xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.
Bildirilib ki, bununla da Qəzza zolağında quru əməliyyatı zamanı ölən İsrail hərbçilərinin sayı 185-ə çatıb.
Qeyd edək ki, HƏMAS oktyabrın 7-də İsrailə hücum edib.
14:08
Qəzza zolağında quru əməliyyatı zamanı ölən İsrail hərbçilərinin sayı 180-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Bildirilib ki, İsrail Müdafiə Ordusu bu gün həlak olan 4 əsgərin adlarını açıqlayıb. Beləliklə, Qəzza zolağında quru əməliyyatı zamanı ölənlərin sayı 180 nəfərə çatıb.
Qeyd edilib ki, azı 7 hərbi qulluqçunun vəziyyəti ağırdır.