Qəzzada HƏMAS-a qarşı əməliyyat İsrailə 50 milyard dollardan çox başa gələcək
Digər ölkələr
- 05 noyabr, 2023
- 11:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları 2024-cü ilin sonuna qədər tamamlanarsa, ölkəyə ən optimist hesablamalara görə, 200 milyard şekelə (təxminən 51 milyard ABŞ dollarına - Qeyd) başa gələcək.
“Report”un məlumatına görə, bu barədə İsrailin “Calcalist” iqtisadi qəzeti ölkənin Maliyyə Nazirliyinin ilkin məlumatlarına istinadən xəbər yayıb.
Qeyd olunub ki, bu xərclər İsrailin ÜDM-nin illik 10%-ni təşkil edəcək.
Nəşr vurğulayıb ki, Maliyyə Nazirliyi bu qiymətləndirməni nikbin kimi xarakterizə edir.
Xatırladaq ki, İsraildə pandemiya ilə bağlı hökumət xərcləri təxminən 160 milyard şekel təşkil etmişdi.
Son xəbərlər
16:42
Minifutbol millisinin baş məşqçisi İlkin Hacıyev: "Xorvatiyaya dünya çempionu olmağa gəlmişik"
Futbol
16:41
"Access Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
16:33
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
Xarici siyasət
16:32
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəza sərtləşdirilib
Region
16:18
"DigiTravel" ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
Maliyyə
16:18
EHF Avropa Kuboku: "Kür"ün növbəti mərhələdəki rəqibi bəlli olub
Komanda
16:18
Foto
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Xarici siyasət
16:14
Foto
Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib
Sağlamlıq
16:09
Zelenski Britaniyada səfərdədir
Digər ölkələr