Qəzzada girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub

Digər ölkələr
  • 24 fevral, 2024
  • 12:33
Qəzzada girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub

Parisdə keçirilən çoxtərəfli məsləhətləşmələrdə Qəzza zolağında girovların dəyişdirilməsinin yeni şərtləri ilə bağlı razılıq əldə olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, Paris danışıqlarında fələstinli məhbuslarla girovların mübadiləsinə dair sazişin yenilənmiş çərçivəsi haqqında razılıq əldə olunub.