Qəzza Humanitar Yardım Fondu missiyasını başa vurub

Digər ölkələr
  • 24 noyabr, 2025
  • 22:50
Qəzza Humanitar Yardım Fondu missiyasını başa vurub

Qazzaya Humanitar Yardım Fondu anklavdakı təcili missiyasını başa çatdırdığını elan edib.

"Report"un məlumatına görə, bunu Fondun icraçı direktoru Con Eycri bildirib.

Qeyd olunur ki, fond fəaliyyət dövründə ümumilikdə 187 milyonadək pulsuz naharı birbaşa mülki əhaliyə çatdıraraq, yardımların HƏMAS və digər strukturların iştirakı olmadan təhlükəsiz şəkildə paylanmasını təmin edib.

"Fondun məqsədi ilk gündən təcili ehtiyacı ödəmək, yeni yanaşmanın başqalarının uğursuz olduğu yerdə işləyə biləcəyini sübut etmək idi. Vətəndaş-hərbi Koordinasiya Mərkəzinin yaradılması və beynəlxalq humanitar ictimaiyyətin fəal iştirakı ilə bu məqam yetişdi. Bir neçə həftə ərzində biz mülki- hərbi koordinasiya mərkəzi və beynəlxalq təşkilatlarla növbəti addımlar barədə danışıqlar apardıq. Aydın oldu ki, onlar fondumuzun pilot modelini qəbul edib inkişaf etdirəcəklər. Bu baxımdan, Qəzza xalqına yardım çatdırmağın daha təsirli bir yolunun olduğunu nümayiş etdirmək məqsədimizə çatdığımız üçün əməliyyatlarımızı dayandırırıq", - o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti