Qətərin Baş naziri: İsrailin Qəzzada atəşkəsi pozması vasitəçilərin işini çətinləşdirir

Digər ölkələr
  • 17 dekabr, 2025
  • 22:47
Qətərin Baş naziri: İsrailin Qəzzada atəşkəsi pozması vasitəçilərin işini çətinləşdirir

İsrailin Qəzza sektorunda atəşkəs rejimini pozması vasitəçiləri çətin vəziyyətə salır.

"Report" xəbər verir ki, bunu Vaşinqtonda jurnalistlərə Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani bildirib.

Al Tani qeyd edib ki, təcili həllini gözləyən əsas məsələ humanitar yardımın Fələstin anklavına çatdırılmasıdır: "Biz yardımın heç bir şərt olmadan, xüsusilə insanların yerləşdirilməsi üçün çadırların təmin olunmasının vacibliyini vurğuladıq".

Qəzza sektorunda sülhməramlı kontingentin yerləşdirilməsi planına toxunan şeyx bildirib ki, hazırda Doha bu məsələ ilə bağlı tam məlumata malik deyil. Bununla belə, tərəflər ABŞ ilə beynəlxalq sabitləşmə və həyata keçiriləcək vəzifələrin müəyyənləşdirilməsi istiqamətində texniki koordinasiyanı davam etdirirlər. "Bu qüvvələr bir tərəfi digərinin hesabına qoruyan deyil, hər iki tərəfi, razılaşmanı və onun icrasını təmin edən qüvvələr olmalıdır", – deyə o əlavə edib və Qətərin bütün bu səyləri dəstəklədiyini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti