Qətərdə qaz emalı zavodunda baş verən partlayışda 13 nəfər ölüb - YENİLƏNİB-2

Digər ölkələr
  • 22 iyun, 2026
  • 17:52
Qətərdə qaz emalı zavodunda baş verən partlayışda 13 nəfər ölüb - YENİLƏNİB-2

Dohanın (Qətər) şimal-şərqində yerləşən Ras-Laffan sənaye zonasındakı qaz emalı zavodunda baş vermiş partlayış nəticəsində azı 13 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Qətərin energetika naziri Səəd əl-Kaabinin açıqlamasına istinadən məlumat yayıb.

Bundan başqa, xəsarət alanların sayı artaraq 66-ya çatıb.

Dohanın şimal-şərqində yerləşən Ras-Laffan sənaye zonasındakı qaz emalı zavodunda baş vermiş partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.

"Report" xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Ras-Laffan sənaye bölgəsindəki zavodların birində baş vermiş qəza nəticəsində xəsarət alanların ümumi sayı 54 nəfər təşkil edir, eyni zamanda, "Lexviya" Daxili Təhlükəsizlik Qüvvələrinin axtarış-xilasetmə qrupu mülki müdafiə ilə birlikdə itkin düşən 18 nəfərin axtarışı üzrə əməliyyat aparır", - DİN-in bəyanatında bildirilir.

"Reuters" agentliyi mənbəyə istinadən məlumat yayıb ki, hadisə "Barzan" qaz emalı zavodunda istismar səhvi nəticəsində baş verib.

Dohanın şimal-şərqində yerləşən Ras-Laffan sənaye zonasındakı zavodların birində partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə Qətər Əmirliyinin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ərazidə Qətərin MTQ istehsalı üzrə əsas gücləri yerləşir. Məlumata görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.

"Ras-Laffan sənaye zonasındakı zavodların birində lokal partlayış baş verib. Mülki müdafiə qüvvələri hadisənin nəticələrini aradan qaldırır, xəsarət alan yoxdur və sızma qeydə alınmayıb", - qurumun bəyanatında deyilir.