Qətər ABŞ-ın enerji layihələrinə 20 milyard dollar yatıracaq

Digər ölkələr
  • 17 dekabr, 2018
  • 02:31
Qətər ABŞ-ın enerji layihələrinə 20 milyard dollar yatıracaq

Bakı. 17 dekabr. REPORT.AZ/ Qətər ABŞ-ın enerji layihələrinə milyardlarla dollar sərmayə yatıracaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Səəd bin Şrid əl-Kaabi bildirib.

O, qeyd edib ki, ölkəsi 5 il ərzində Birləşmiş Ştatların enerji layihələrinə 20 milyard qoyacaq.

Nazirin sözlərinə görə, söhbət təbii qaz və neftin çıxarılmasından gedir. Səəd bin Şrid əl-Kaabi həmçinin əlavə edib ki, ABŞ maliyyə yatırılması nöqteyi-nəzərincə çox perspektivlidir.  

Daha əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr deyib ki, Qətər ABŞ-ın hərbi dəstəyindən məhrum olmaq istəmirsə, qoşununu Suriyaya yeritməlidir