Qazaxıstan tarixində ən böyük kokain partiyası müsadirə edilib
Digər ölkələr
- 05 sentyabr, 2025
- 15:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTX) narkotik qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq kanalın ləğv edilməsi üzrə əməliyyat keçirib.
"Report"un Qazaxıstan bürosu qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almatıda respublika tarixində ən böyük - 13 ton 183 kiloqram birdəfəlik kokain partiyası müsadirə edilib.
"Yükün Qazaxıstan üzərindən üçüncü ölkələrə tranziti nəzərdə tutulurdu. Narkotik ticarəti kanalının təşkilində şübhəli bilinən iki xarici vətəndaş saxlanılaraq həbs edilib", - MTX-nin məlumatında deyilir.
Qazaxıstan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır.
Son xəbərlər
15:51
Rafinya "Barselona"nın məşqlərinə qayıdıb
Futbol
15:51
Tailand rəsmisi: Ölkələr arasında dialoq beynəlxalq qeyri-müəyyənlik şəraitində strateji zərurətdir
Xarici siyasət
15:49
Azərbaycanla Qazaxıstan arasında iki sənədin mübadiləsi olub
Xarici siyasət
15:48
"Bank Respublika" 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
Maliyyə
15:46
İlham Əliyev: Trans-Xəzər Fiber-Optik Kabel Xətti Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirir
Xarici siyasət
15:39
Foto
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
Xarici siyasət
15:39
Misir AQEM-in Asiyada dialoq platforması kimi rolunun inkişaf etdirilməsinə çağırıb
Xarici siyasət
15:34
Nazir: Azərbaycanın AQEM-ə sədrliyi dövründə müəyyən etdiyi prioritetlər BƏƏ-nin baxışları ilə üst-üstə düşür
Xarici siyasət
15:32
Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb
Media