Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Digər ölkələr
  • 18 yanvar, 2026
  • 22:25
Putinin xüsusi nümayəndəsi: Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək

Avropa təzyiqə təslim olacaq və Qrenlandiya ABŞ-nin nəzarətinə keçəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya birbaşa investisiya fondunun rəhbəri Kirill Dmitriyev "X" hesabında yazıb.

"Avropa təslim olacaq, ABŞ Qrenlandiyanı əldə edəcək, transatlantik birlik bəlkə də müəyyən dərəcədə bərpa olunacaq", - deyə o yazıb.

Qeyd edək ki, yanvarın 17-də ABŞ Prezidenti Donald Tramp Truth Social-dakı paylaşımında ABŞ-ın Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçə qarşı 10% tarif tətbiq etməyə başlayacağını və Vaşinqtonun Qrenlandiyanın tam şəkildə satın alınması barədə razılığa gələnə qədər bu tariflərin qüvvədə qalacağını açıqlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti