Putinlə Uitkoff arasında 5 saatdan çoxdur davam edən görüş yekunlaşıb - Yenilənib-2

Digər ölkələr
  • 03 dekabr, 2025
  • 01:37
Putinlə Uitkoff arasında 5 saatdan çoxdur davam edən görüş yekunlaşıb - Yenilənib-2

Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşü yekunlaşıb.

"Report"un məlumatına görə, görüş beş saatdan çox davam edib.

Məlumata görə, danışıqlardan sonra Uitkoff Kremli tərk edərək ABŞ səfirliyinə gedib.

Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev "X" hesabında görüşün məhsuldar keçdiyini yazıb.

Görüşdə Rusiya tərəfdən Putinin köməkçisi Yuri Uşakov və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, Amerika tərəfdən isə sahibkar, investor, "Affinity Partners" şirkətinin təsisçisi Jared Kuşner iştirak edib.

Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşü təxminən üç saatdır ki, davam edir.

"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, görüşün bitmə vaxtı hələ açıqlanmayıb.

Görüşdə Rusiya tərəfdən Putinin köməkçisi Yuri Uşakov və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, Amerika tərəfdən isə sahibkar, investor, "Affinity Partners" şirkətinin təsisçisi Jared Kuşner iştirak edir.

Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşə başlayıb.

"Report" bu barədə Rusiya KİV-ə istinadən məlumat yayıb.

Tərəflər Rusiya‑Ukrayna müharibəsinin həlli yollarını, xüsusilə münaqişənin nizamlanması üzrə Vaşinqton tərəfindən təklif olunan sülh planını müzakirə edəcəklər.

Görüşdə, həmçinin Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti