​Putin və Obama Suriya münaqişəsini müzakirə ediblər

Digər ölkələr
  • 14 fevral, 2016
  • 09:29
​Putin və Obama Suriya münaqişəsini müzakirə ediblər

Bakı. 14 fevral. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama arasında telefon danışığı olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Prezidentlər telefon söhbəti zamanı Suriyadakı münaqişənin nizamlanması yollarını müzakirə ediblər.