Putin-Ərdoğan görüşündən əvvəl Sankt-Peterburqda təhlükəsizlik tədbirləri gücləndirilib

Digər ölkələr
  • 09 avqust, 2016
  • 09:59
Putin-Ərdoğan görüşündən əvvəl Sankt-Peterburqda təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. 9 avqust. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşündən əvvəl Sankt-Peterburqda təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, mərkəzi küçələrdə polis əməkdaşlarından ibarət dəstələr növbə çəkirlər. 

Məlumata görə, Sankt-Peterburqun əsas magistralı olan Liqovski prospekti bağlanıb.