Putin: ABŞ Ukraynada döyüş əməliyyatlarının dayandırılması üçün fəal səylər göstərir

Digər ölkələr
  • 14 avqust, 2025
  • 15:03
Putin: ABŞ Ukraynada döyüş əməliyyatlarının dayandırılması üçün fəal səylər göstərir

ABŞ Ukraynada döyüş əməliyyatlarının dayandırılması və hamı üçün məqbul razılaşmalara nail olmaq məqsədilə fəal səylər göstərir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Putin bildirib.

"Fikrimcə, bugünkü ABŞ administrasiyası döyüş əməliyyatlarını dayandırmaq, böhrana son qoymaq üçün kifayət qədər fəal və səmimi səylər göstərir", - Putin avqustun 15-də Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinə hazırlığa həsr olunmuş iclasda bildirib.

O hesab edir ki, ABŞ uzunmüddətli sülhə şərait yaratmaq məqsədilə bu münaqişəyə cəlb olunmuş bütün tərəflərin maraqlarına cavab verən razılaşmalara nail olmaq üçün səylər göstərir.

Putin həmçinin Ukraynada münaqişə tərəfləri üçün uzunmüddətli sülhə şərait yaradılacağı təqdirdə, strateji hücum silahlarının azaldılması ilə bağlı razılaşmaların əldə olunacağını istisna etməyib.