Psaki: “Bayden Ukraynaya qoşun göndərmək niyyətində deyil”

Digər ölkələr
  • 19 aprel, 2022
  • 02:07
Psaki: “Bayden Ukraynaya qoşun göndərmək niyyətində deyil”

“ABŞ prezidenti Cozef Bayden hələ də ABŞ qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil”.

“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

“Prezident və onun administrasiyasının hələ də hərbçiləri Rusiya ilə müharibəyə göndərmək planları yoxdur. Bizim diqqətimiz səviyyəli müdafiə yardımı göstərmək üzərinə köklənib”, - o deyib.