Poroşenko dekabrın 9-nu cəbhədə "sükut günü" elan edir

Digər ölkələr
  • 04 dekabr, 2014
  • 19:12
Poroşenko dekabrın 9-nu cəbhədə sükut günü elan edir

Bakı. 4 dekabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko dekabrın 9-unda Ukrayna ordusunun atəşkəs xətti boyunca atəşi dayandıracağını bəyan edib.

"Report" Ukrayna prezidentinin saytına istinadən xəbər verir ki, birtərəfli atəşkəs barədə qərar prezidentin güc strukturlarının rəhbərləri ilə görüşündə qəbul edilib.

Ukryana prezidentinin ofisindən adı çəkilməyən mənbə Frans Press agentliyinə deyib ki, rusiyapərəst separatçılar Minsk sazişinə əməl etsələr Ukrayna ordusu dekabrın 10-dan ağır silahlarını geri çəkə bilər.