Polşanın keçmiş prezidenti: "Aİ bəşəriyyətin BMT-dən sonra ən uğurlu layihəsidir"

Digər ölkələr
  • 17 mart, 2017
  • 09:51
Polşanın keçmiş prezidenti: Aİ bəşəriyyətin BMT-dən sonra ən uğurlu layihəsidir

Bakı. 17 mart. REPORT.AZ/ "Avropa İttifaqı bəşəriyyətin BMT-dən sonra ən yaxşı, ən uğurlu layihəsidir. Bu, ümumi iqtisadiyyat, açıq sərhədlər, ortaq bazar deməkdir".

"Report" xəbər verir ki, bunu Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski V Qlobal Bakı Forumu çərçivəsində "Avropanın gələcəyi" panelində deyib.

O, Aİ-nin səhiyyə, təhsil, mədəniyyətlərarası dialoq sahəsində təcrübəsini təklif edə biləcəyini qeyd edib.

A.Kvasnevski Avropa ölkələrinin əhalisinin sürətlə yaşlandığını bildirərək demoqrafiya probleminin Avropa məkanında ən aktual problem olduğunu vurğulayıb.

"Ölkəyə gələn miqrantların identikliyinin qorunması ilə yanaşı, ölkənin öz əhalisinin sayının də artırılması məsələsini nəzərdən keçirilməlidir", - o əlavə edib.

Beynəlxalq siyasət barədə danışan A.Kvasnevski dünya iqtisadiyyatının keçid dövrü yaşadığını, bu dövrdə bir çox ölkələrin - Çin, Rusiya və s. daha mühüm rol oynamağa çalışdıqlarını bildirib. "Amma Avropa bütövlüyünü qorumalıdır, çünki ayrı-ayrılıqda xilas olmaq şansımız yoxdur", - Polşanın sabiq prezidenti vurğulayıb.

44 filmi