Polşada şəhər meri korrupsiya ittihamı ilə saxlanılıb
Digər ölkələr
- 25 fevral, 2026
- 16:41
Polşada Çenstoxova şəhərinin meri Kşiştof Matyaşik korrupsiya şübhəsi ilə saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə xüsusi xidmət orqanları üzrə əlaqələndirici nazirin mətbuat katibi Yatsek Dobjinski sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, saxlanılmanı antikorrupsiya bürosunun əməkdaşları məmurun yaşadığı yerin yaxınlığında həyata keçiriblər. Əməliyyat Milli Prokurorluğun Sileziya şöbəsi prokurorunun əmri ilə keçirilib.
Müstəntiqlər sənədləri və sübutları toplayaraq Çenstoxova ərazisində bir neçə yerdə işləyirlər. Axtarışlar başa çatdıqdan sonra saxlanılan mer rəsmi ittihamın irəli sürülməsi və dindirilmə üçün Katovitsedəki prokurorluğa aparılacaq.
Son xəbərlər
03:07
Tramp Konqresə seçkilərdən əvvəl və ya sonra İrana zərbələr endirilməsini ehtimal edir
Digər ölkələr02:47
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
Digər ölkələr02:16
Foto
Video
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
Hadisə01:56
İsrail Niderlandın Ramallahdakı nümayəndələrinin diplomatik statusunu ləğv edib
Digər ölkələr01:23
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Digər ölkələr00:55
Foto
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
Hadisə00:38
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
Digər ölkələr23:56
Meloni İlham Əliyevə SOCAR-ın İtaliyada yanacağın qiymətləri ilə bağlı qərarına görə təşəkkür edib
Digər ölkələr23:32
Foto