Polşa XİN sözçüsü: "Rusiyanın hücumuna cavab verməyə hazırıq"

Digər ölkələr
  • 14 aprel, 2022
  • 12:49
Polşa XİN sözçüsü: Rusiyanın hücumuna cavab verməyə hazırıq

“Polşa Rusiyanın hücumuna cavab verməyə hazırdır”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasin deyib.

Onun sözlərinə görə, həm Polşa, həm də NATO Rusiyanın Alyansa üzv ölkələrə hücumuna cavab verməyə hazırdır:

“Biz buna həmişə hazırıq. Təkcə biz deyil, müttəfiqlərimiz də buna hazırdır. Vaşinqton müqaviləsinin 5-ci maddəsində deyilir ki, NATO-ya üzv istənilən ölkəyə hücum bütövlükdə Alyansa hücumdur. Vladimir Putinin Polşa, Litva, Latviya, Estoniyaya - üzv olarsa hətta Finlandiyaya - qarşı hər hansı təcavüzkar addımı bütövlükdə NATO üçün qırmızı xətdir”.

O əlavə edib ki, Rusiya Prezidentinin yeni “təcavüz aktı” etməsini istəməzdi.

Qeyd edək ki, Rusiyanın Bosniya və Hersoqovinadakı səfiri İqor Kalabuxov martın 20-də NATO-nu hədələmişdi:

“Bizim Polşa, Xorvatiya və Bolqarıstana qarşı planımızın olmadığını haradan bilirsiniz?”

44 - Tezliklə