Polşa XİN başçısı: Belarus hazırdırsa, onda müharibəyə başlasın

Digər ölkələr
  • 03 aprel, 2024
  • 11:02
Polşa XİN başçısı: Belarus hazırdırsa, onda müharibəyə başlasın

Belarus hazırdırsa, onda müharibəyə başlasın.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Brüsseldə NATO xarici işlər nazirlərinin iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, rəsmi Minskə xəbərdarlıq edib: “Qoy, cəhd etsin. Görək, kim qalib gələcək”.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 2-də rəsmi Minskin müharibəyə hazır olduğunu bildirib.