Polşa və Litva Rusiyaya qarşı 10-cu sanksiyalar paketində nüvə məhdudiyyətlərini tələb edir

Digər ölkələr
  • 13 yanvar, 2023
  • 15:36
Polşa və Litva Rusiyaya qarşı 10-cu sanksiyalar paketində nüvə məhdudiyyətlərini tələb edir

Polşa və Litva Avropa İttifaqının 10-cu sanksiyalar paketində Rusiyaya nüvə məhdudiyyətləri tələb edir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu ölkələr həmçinin Aİ-yə daha çox “Rusiya təbliğatı” aparan KİV-lərə qadağa qoyulmasını və daha çox Rusiya bankının qlobal SWIFT sistemindən çıxarılmasını təklif edirlər.

Avropa İttifaqının 10-cu anti-Rusiya sanksiyalar paketinin fevralın sonunadək hazırlanması planlaşdırılır. Buraya banklar və nüvə sektoru ilə bağlı yeni məhdudiyyətlər, həmçinin almaz ticarətinə qadağalar daxil ola bilər.