Polşa Ukraynadakı vəziyyətdən asılı olmayaraq silahlanmağa davam edəcək

Digər ölkələr
  • 25 noyabr, 2025
  • 00:52
Polşa Ukraynadakı vəziyyətdən asılı olmayaraq silahlanmağa davam edəcək

Polşa Ukraynadakı vəziyyətin inkişafından asılı olmayaraq silahlanmanı davam etdirmək niyyətindədir.

"Report"un məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib.

Son vaxtlar Polşa əsasən ABŞ və Cənubi Koreyadan böyük partiya silah və hərbi texnika alır. Gözlənilir ki, ölkənin 2025-ci il hərbi büdcəsi tarixdə rekord göstəriciyə çataraq 46 milyard dollardan (ÜDM-in 4,7 faizi) çox olacaq.

"Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı danışıqlardan gələn müsbət siqnallar Polşanın ordunun modernləşdirilməsi üzrə səylərinin məhdudlaşdırılmasına səbəb ola bilməz. Biz hər halda silahlanmalıyıq", – deyə Kosinyak-Kamış jurnalistlərə bildirib.

Müdafiə naziri Polşanın müdafiəsinin gücləndirilməsinin vacibliyini xatırladacağını, kiminsə təhlükəsizlik büdcəsini azaltmaq fikrinə düşməməsi üçün bunu daim vurğulayacağını qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti