Polşa Rusiya ilə sərhəddə mühafizə sistemini modernləşdirir, 7 milyon dollar ayrılıb

Digər ölkələr
  • 06 noyabr, 2025
  • 11:11
Polşa Rusiya ilə sərhəddə mühafizə sistemini modernləşdirir, 7 milyon dollar ayrılıb

Polşa Rusiya ilə sərhəddə mühafizə sistemini modernləşdirir və bu layihəyə Avropa İttifaqının maliyyə vəsaiti hesabına 7 milyon dollar ayrılıb.

"Report" xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi məlumat yayıb.

"Layihənin məqsədi şəbəkə və telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, təhlükəsizlik sahəsində yeni həllərin tətbiqi və əməkdaşlar üçün mobil həllərin hazırlanması yolu ilə Avropa İttifaqının Rusiya Federasiyası ilə xarici sərhədində Sərhəd Mühafizəsinin müşahidə imkanlarının artırılmasıdır. Layihə radio-kommunikasiya, peyk, telekommunikasiya və mobil avadanlıqların alınmasını, həmçinin təhlükəsizlik sistemlərinin administratorları üçün təlimi əhatə edir", - məlumatda deyilir.

İnvestisiyaların ümumi həcmi təxminən 7 milyon dollar təşkil edəcək. Bu məbləğin 6,3 milyon dolları və ya təqribən 90 %-i Aİ tərəfindən İnteqrasiya Edilmiş Sərhəd İdarəetmə Fondu çərçivəsində ayrılır.

Son xəbərlər

Bütün Xəbər Lenti