BMT TŞ Polşanın sorğusu əsasında təcili iclas keçirməyə razılıq verib - YENİLƏNİB
- 11 sentyabr, 2025
- 11:39
BMT Təhlükəsizlik Şurası (TŞ) Polşanın sorğusu əsasında təcili iclas keçirməyə razılıq verib.
"Report" xəbər verir ki, bu barədə Polşa XİN "X" sosial şəbəkəsində yazıb.
"Rusiyanın Polşanın hava məkanını pozması ilə əlaqədar bu ölkənin xahişi ilə BMT Təhlükəsizlik Şurasının iclası çağırılacaq" - bəyanatda deyilir.
Polşa ölkənin hava məkanına pilotsuz uçuş aparatlarının (PUA) daxil olması ilə bağlı BMT-yə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi üçün müraciət göndərib.
"Report"un məlumatına görə, bu barədə sentyabr ayında Təhlükəsizlik Şurasına sədrlik edən Cənubi Koreyanın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.
"Polşa iclasın keçirilməsi üçün müraciət edib. Onun keçirilmə tarixi ilə bağlı müzakirələr aparılır", – deyə daimi nümayəndəliyin mətbuat xidməti jurnalistlərə bildirib.
Xatırladaq ki, sentyabrın 10-da Polşa Rusiya PUA-larının Ukraynaya qarşı genişmiqyaslı hücum zamanı ölkənin hava məkanını pozduğunu açıqlamış və onları vurmuşdu.