"Politico": Trampın ofisi ƏƏYP üzrə müavinətlərin ödənilməsi barədə qərar üzərində işləyir
Digər ölkələr
- 08 noyabr, 2025
- 06:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Donald Trampın administrasiyasının xahişi ilə ABŞ Kənd Təsərrüfatı Nazirliyi Əlavə Ərzaq Yardımı Proqramı (ƏƏYP) çərçivəsində verilən ərzaq talonları üzrə noyabr ayı üçün tam müavinətlərin ödənilməsi ilə bağlı məhkəmə qərarının icrasını təcili qaydada həyata keçirir.
"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
"ABŞ Kənd Təsərrüfatı Nazirliyi bu gün daha sonra Əlavə Ərzaq Yardımı Proqramı üçün vəsaitin ayrılması ilə bağlı zəruri prosesləri tamamlayacaq", – məlumatda qeyd olunub.
Bu məqsədlə vəsaitin bir hissəsi ölkənin fövqəladə fondundan ayrılacaq. Təxminən 42 milyon amerikalıya yardım göstərilməsini nəzərdə tutan bu qərar bütün ştatlara göndərilib.
Son xəbərlər
04:17
Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Digər ölkələr
03:45
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
Digər ölkələr
03:16
Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Digər ölkələr
02:42
Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək
Digər ölkələr
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə