"Politico": ABŞ Senatı şatdaunu sonlandırmaq barədə razılığa gəlib

Digər ölkələr
  • 10 noyabr, 2025
  • 04:54
Politico: ABŞ Senatı şatdaunu sonlandırmaq barədə razılığa gəlib

ABŞ Konqresinin Senatında respublikaçılar və demokratlar federal hökumətin hazırda qismən dayandırılmış fəaliyyətinin (şatdaun) bərpasını nəzərdə tutan qanun layihəsi üzrə razılığa gəliblər və səsvermə yaxın saatlarda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin "Politico" qəzeti məlumat yayıb.

Qəzetin mənbələrinin bildirdiyinə görə, hər iki partiyanın qanunvericiləri federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsinin 30 yanvar 2026-cı ilədək uzadılmasını dəstəkləməyə hazırdırlar. Bundan əlavə, sənədə əsasən, 2026-cı maliyyə ili üçün Kənd Təsərrüfatı Nazirliyinin, Veteranlarla İş Departamentinin və ABŞ-nin hərbi məqsədli tikinti proqramlarının icrasına vəsait ayrılacaq.

Məqalədə qeyd olunub ki, senatorlar hökumətin maliyyələşdirilməsinin bərpası ilə bağlı daha əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiqlənmiş qanun layihəsini əsas götürməyə razıdırlar.

Son xəbərlər

Bütün Xəbər Lenti