Peskov: Ukrayna tərəfi enerji infrastrukturuna zərbələrin dayandırılmasında qarşılıqlılıq nümayiş etdirmir

Digər ölkələr
  • 19 mart, 2025
  • 15:54
Peskov: Ukrayna tərəfi enerji infrastrukturuna zərbələrin dayandırılmasında qarşılıqlılıq nümayiş etdirmir
Dmitri Peskov

Ukrayna tərəfi Rusiya və Ukrayna enerji infrastrukturuna zərbələrin dayandırılmasında qarşılıqlılıq nümayiş etdirmir.

“Report”un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təəssüf ki, hələlik Ukrayna tərəfindən qarşılıqlılıq yoxdur. Bizim enerji infrastrukturu obyektlərimizə zərbələr endirmək cəhdləri olub", - D.Peskov qeyd edib.

O, bu zərbələrin Rusiya və ABŞ prezidentləri arasında əldə edilmiş razılaşmaları pozmaq cəhdi hesab edilib-edilməyəcəyinə aydınlıq gətirib: "Bu cür addımlar ümumi səylərə ziddir".

Mətbuat katibi, həmçinin bildirib ki, Rusiya Prezidenti hərbçilərə Ukraynanın enerji infrastrukturuna zərbələri bərpa etmək əmri verməyib.

D.Peskov əlavə edib ki, V.Putinin müvafiq göstərişindən sonra Rusiya Müdafiə Nazirliyi Ukraynanın enerji sisteminə hədəflənmiş özünün yeddi pilotsuz uçuş aparatını məhv edib.