Peskov: Ukrayna ilə sülh danışıqları uzun və mürəkkəb prosesdir
Digər ölkələr
- 09 may, 2026
- 15:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Ukrayna ilə sülh yolu ilə tənzimləmə məsələləri üzrə danışıqları uzun və mürəkkəb prosesdir.
"Report" "İnterfaks"a istinadən xəbər verdiyinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Onun sözlərinə görə, ABŞ bu prosesi sürətləndirməyə çalışır.
"Aydındır ki, ABŞ tərəfi tələsir, lakin mövzu çox mürəkkəbdir və sülh sazişinə çıxış çox uzun, mürəkkəb detallarla dolu yoldur", - D.Peskov deyib.
Daha əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Ukrayna tənzimləməsi üzrə danışıqlar prosesi hazırda irəliləmir, lakin ABŞ buna baxmayaraq, döyüş əməliyyatlarının başa çatmasına nail olmaq üçün vasitəçi rolunu oynamağa hazırdır.
Son xəbərlər
18:06
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
17:59
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanılıb
Digər ölkələr
17:43
Rafinya Messinin uğurunu təkrarlayıb
Futbol
17:34
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Region
17:16
Yeddi OPEC+ ölkəsi dekabrda neft hasilatına dair kvotaları saxlayıb
Digər ölkələr
17:04
Fransada iğtişaşlar zamanı 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb - Yenilənib
Digər ölkələr
16:55
"Neftçi" səfərdə "Şamaxı"ya qalib gələrək turnir cədvəlində liderə çevrilib
Futbol
16:40
İranda COVID-19-a yoluxma artır
Region
16:27
Niderland Ukraynaya "Patriot" ZRK sistemləri üçün raketlərin tədürükün sürətləndirmək istəyir
Digər ölkələr