Peskov: Minsk Rusiya, ABŞ və Ukrayna liderləri arasında danışıqlar üçün ən yaxşı yerdir

Digər ölkələr
  • 05 mart, 2025
  • 13:36
Peskov: Minsk Rusiya, ABŞ və Ukrayna liderləri arasında danışıqlar üçün ən yaxşı yerdir
Dmitri Peskov

Kreml Minski Rusiya, ABŞ və Ukrayna liderləri arasında üçtərəfli danışıqlar üçün ən yaxşı yer hesab edir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu məsələ qaldırılmayıb və heç bir şəkildə müzakirə olunmayıb. Amma bizim üçün Minsk ən yaxşı yerdir. Belarus bizim əsas müttəfiqimizdir, ona görə də danışıqlar üçün ən yaxşı yerdir", - Peskov vurğulayıb.