Peruda turist təyyarəsi qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr
- 04 fevral, 2022
- 21:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Perunun şimalında turistləri daşıyan kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə Naska şəhərində Mariya Reyşe hava limanı yaxınlığında qeydə alınıb. Qəza zamanı 7 nəfər həlak olub.
Əraziyə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.
Təyyarənin aid olduğu “Aero Santos” turizm şirkətindən verilən açıqlamada, hava maşınında bir pilot, bir köməkçi pilot və beş xarici turistin olduğu qeyd edilir. Lakin turistlərin kimliyi və hansı ölkədən olduğu barədə məlumat verilməyib.
Perunun Nəqliyyat və Rabitə Nazirliyi, Milli Polisi qəza ilə bağlı araşdırmaya başlayıb.
Son xəbərlər
18:13
Fransanı yenidən ümumxalq etirazları bürüyəcək
Digər ölkələr
18:07
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
İnfrastruktur
17:56
Eka Tkeşelaşvili: Ekoloji problemlər təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün aktualdır
Ekologiya
17:51
Azərbaycanın sement zavodları və metallurgiya müəssisələri karbonun tutulması texnologiyalarına keçəcək
Sənaye
17:49
Video
İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb - Yenilənib-4
Region
17:44
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
Futbol
17:42
Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi - Rəy
Analitika
17:40
Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb
Region
17:32
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
Futbol