Pentaqon: Ukrayna digər ölkələrdən təyyarə və tanklar alıb
- 19 aprel, 2022
- 22:34
Ukrayna hava donanmasını artırmaq üçün digər ölkələrdən təyyarələri üçün platforma və ehtiyat hissələri alıb.
"Report"un "Amerikanın Səsi"nə istinadən məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi açıqlama verib. O bildirib ki, dəstək sayəsində Ukraynanın bəzi təyyarələri yenidən işlək vəziyyətdə olacaq: "Hazırda bu ölkənin iki həftə əvvəllə müqayisədə daha çox fiksasiya olunmuş qanadlı qırıcı təyyarəsi var. Bu da təsadüfi deyil. Belə təyyarələrlə iş təcrübəsinə malik digər ölkələr hərəkətsiz təyyarələri qaldırıb-endirməkdə Ukraynaya kömək edə biliblər".
Lakin Pentaqonun spikeri söhbətin hansı ölkələr və təyyarələrdən getdiyini dəqiqləşdirməyib. O, oxşar sxemlə digər ölkələrin Kiyevə tank yardımı etdiklərini də diqqətə çatdırıb.