Pentaqon Somalidə ilk dəfə İŞİD-ə qarşı qırıcılardan istifadə edib
Digər ölkələr
- 02 fevral, 2025
- 01:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ qırıcı təyyarələrdən istifadə edərək Somalidəki İŞİD hədəflərinə hava zərbələri endirib.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən ABC News məlumat yayıb.
Zərbələr Qırmızı dənizdə olan “USS Harry S. Truman” təyyarədaşıyan gəmisindən istifadə edilməklə həyata keçirilib. Qeyd olunub ki, bu, “Əş-Şəbab”a qarşı Somali qoşunlarının dəstəklənməsində olduğu kimi müdafiə əməliyyatı deyil, İŞİD-ə qarşı məqsədyönlü hərəkətlərdir.
Vurğulanıb ki, Pentaqon regionda İŞİD-ə hücum etmək üçün ilk dəfədir ki, döyüş təyyarələrindən istifadə edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD terror təşkilatının rəhbərlərindən birinin zərərsizləşdirilməsi barədə müvafiq göstəriş verib.
Son xəbərlər
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media