Pentaqon: Koalisiya İraqda İŞİD yaraqlılarının məhv edilməsinə yaxındır

Digər ölkələr
  • 19 sentyabr, 2017
  • 00:42
Pentaqon: Koalisiya İraqda İŞİD yaraqlılarının məhv edilməsinə yaxındır

Bakı. 19 sentyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraqda İŞİD terror qruplaşması yaraqlılarının məhv edilməsinə yaxındır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə komandanı general-leytenant Cefri Harriqian deyib.

"Görün, son bir neçə həftə ərzində necə [İraqda] vəziyyət necə dəyişib. Mosuldan Təl-Afara qədər olan ərazilərdə İŞİD yaraqlıları geri çəkilirlər. Biz güman edirik ki, onlar bir neçə yerdə daldalanmağa başlayacaqlar ki, bu da bizə onları məhv etmək üçün daha yaxşı imkan verəcək", - deyə hərbi həftəlik "Defense News" nəşri onun sözlərini sitat gətirib.

44 - Tezliklə