Pentaqon: İraq və Suriyada 21 amerikalı əsgər yaralanıb
Digər ölkələr
- 26 oktyabr, 2023
- 19:39
Oktyabrın 17-18-də İraq və Suriyada silahlıların hücumları nəticəsində 21 amerikalı əsgər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
Belə ki, oktyabrın 17-dən 18-dək İraqdakı Ayn əl-Əsəd və Suriyadakı Əl-Tanf bazalarına pilotsuz təyyarələr hücum edib.
Qeyd edək ki, bir gün əvvəl ABŞ dövlət katibi Antoni Blinken İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə hərbi bazalarına hücumları müzakirə edib.
Blinken Baş nazirdən hücumların arxasında duranların mühakimə olunmasını və İraqın bu ərazilərdə təhlükəsizliklə bağlı öhdəliklərinin yerinə yetirilməsini təmin etməyə çağırıb.
Son xəbərlər
04:41
Tramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
Digər ölkələr04:02
Pit Heqset İranı hədələyib: Tankerlərini məhv edəcəyik və batıracağıq
Digər ölkələr03:37
İran ordusu ABŞ-nin aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
Region03:11
Ronaldu "Əl-Nəsr"lə mövsümdə ilk məğlubiyyətini alıb
Futbol02:41
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
Region02:07
"Isar Aerospace" ilk dəfə kontinental Avropadan raketi orbitə çıxarıb
Digər ölkələr01:49
Dominikanın nümayəndəsi "Miss Dünya – 2026" seçilib
Digər ölkələr01:10
SEPAH ABŞ-yə bağlı altı gəmini vurub - YENİLƏNİB
Region01:06