Pentaqon ABŞ HDQ gəmilərini "Melissa" qasırğasının izlədiyi istiqamətdən uzaqlaşdırıb

Digər ölkələr
  • 28 oktyabr, 2025
  • 01:43
Pentaqon ABŞ HDQ gəmilərini Melissa qasırğasının izlədiyi istiqamətdən uzaqlaşdırıb

Venesuela sahillərində "narkotiklərə qarşı əməliyyatda" iştirak edən ABŞ Hərbi Dəniz Qüvvələrinin səkkiz gəmisi "Melissa" qasırğasının izlədiyi istiqamətdən uzaqlaşıb.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun Cənub Komandanlığı məlumat yayıb.

Hərbiçilərin məlumatına görə, gəmilər beşinci kateqoriyalı qasırğanın birbaşa zərbəsindən qaçmaq üçün daha təhlükəsiz ərazilərə keçiblər. Gəmilərdən biri - "USS Gravely" raket əsminesi Trinidad və Tobaqo limanına gəlib, burada ekipaj özünə sığınacaq tapıb.

Milli Qasırğaları Müşahidə Mərkəzinin məlumatına görə, hazırda "Melissa" Yamaykaya yaxınlaşır. Qasırğa regionun tarixində ən güclüsü ola bilər. Təbii fəlakətin mərkəzi Kinqstondan 230 km cənub-qərbdə yerləşir. Ada rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib, hava limanları və məktəbləri bağlayıb, sakinləri isə dərhal təxliyə olunmağa çağırıb.

"Güclü külək və leysan yağışları fəlakətli və həyat üçün təhlükəli qəfil daşqınlara və çoxsaylı sürüşmələrə səbəb olacaq", - deyə mərkəz bildirib

Qeyd edək ki, ötən həftə sonu "Melissa" qasırğasının yaxınlaşması səbəbindən Kubanın Quantanamo körfəzindəki ABŞ hərbi dəniz bazasından Müharibə Nazirliyinin işçiləri, hərbçilərin qohumları və podratçılardan ibarət təxminən 1 000 nəfərin təxliyə olunduğu bildirilmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti