Pedro Sançez: Qərbi Balkan ölkələri olmadan Avropa İttifaqı tam deyil

Digər ölkələr
  • 05 iyun, 2026
  • 15:49
Pedro Sançez: Qərbi Balkan ölkələri olmadan Avropa İttifaqı tam deyil

İspaniya Avropa İttifaqının Qərbi Balkan regionuna doğru genişlənməsini dəstəkləyir.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammiti üçün Tivatda olan İspaniya Baş naziri Pedro Sançez jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, İspaniyanın Avropa İttifaqına üzvlüyünün 40-cı ildönümünü qeyd edirlər:

"Buna görə də hesab edirəm ki, demokratiya, hüququn aliliyi, sosial bazar iqtisadiyyatı və digər sahələrlə bağlı daxili islahatlar yolu çox vacibdir. Bunlar bizim müqavilələrimizdə əks olunub".

Baş nazir vurğulayıb ki, Qərbi Balkan ölkələri olmadan Avropa İttifaqı tam deyil:

"Serbiya isə, əlbəttə ki, Qərbi Balkanların ən böyük ölkələrindən biridir və biz həm bu daxili islahatlar yolunda, həm də Avropa İttifaqının Qərbi Balkan regionuna, o cümlədən Serbiyaya doğru genişlənməsi prosesində dəstəyimizi davam etdirəcəyik".

44 - Tezliklə