Partlayış təhlükəsi ilə əlaqədar Serbiya parlamenti təxliyyə olunub

Digər ölkələr
  • 29 mart, 2018
  • 13:00
Partlayış təhlükəsi ilə əlaqədar Serbiya parlamenti təxliyyə olunub

Bakı. 29 mart. REPORT.AZ/ Serbiya parlamenti partlayış təhlükəsi ilə əlaqədar təxliyyə edilib.

“Report” xəbər verir ki, məlumatı hadisə yerindən TASS-ın müxbiri yayıb.

Bildirilib ki, parlamentin binasının çıxışında əlində qumbara tutan naməlum kişi oradakıları hədələyib.

Ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb. Asayiş keşikçiləri həmin şəxslə danışıq aparır.