Parisin mərkəzindəki "Ritz" hotelində yanğın olub
Digər ölkələr
- 19 yanvar, 2016
- 08:03
Bakı. 19 yanvar. REPORT.AZ/ Parisin mərkəzindəki "Ritz" hotelinin binasında yanğın baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, yanğın səhər saatlarında, mehmanxananın hazırda əsaslı təmirə bağlanan sonuncu mərtəbəsində başlayıb.
Artıq Hadisə yerinə xeyli sayda Yanğın və Xilasetmə Xidmətinin qüvvəsi cəlb olunub. Yanğının qurbanları və ya xəsarət almışlar barədə hələlik Paris polisində heç bir məlumat yoxdur.
Qeyd edək ki, Vendom meydanında yerləşən "Ritz" hoteli 1898-ci ildə açılıb və dünyanın ən dəbdəbəli mehmanxanalarından biri hesab olunur. Hotel tanınmış misirli iş adamı Məhəmməd Əl-Fayedə məxsusdur.
Son xəbərlər
13:48
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Hadisə13:35
İslandiyalıların yarıdan çoxu Aİ-yə qoşulmağa qarşı çıxıb
Digər ölkələr13:15
Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var
Xarici siyasət13:09
Mərakeş millisinin futbolçusu Sofyan Amrabat "Ayaks"a keçib
Futbol12:57
Zelenski: Rusiyanın hücumu nəticəsində Buçada 38 nəfər ölüb, 4 insan itkin düşüb
Digər ölkələr12:35
Sabah Bakıda intensiv yağış yağacaq, bölgələrdə şimşək çaxacaq, dolu düşəcək
Ekologiya12:34
"Çelsi" Argentina millisinin qapıçısı Emiliano Martinesin transferini açıqlayıb
Futbol12:19
"Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb
Futbol12:12