Parisdə şəhərin ən qədim kitab mağazalarından birində yanğın baş verib - VİDEO

Digər ölkələr
  • 16 noyabr, 2017
  • 19:30
Parisdə şəhərin ən qədim kitab mağazalarından birində yanğın baş verib - VİDEO

Bakı. 16 noyabr. REPORT.AZ/ Parisin Sen-Jermen bulvarı yaxınlığında yerləşən ən qədim kitab mağazalarından birində yanğın baş verib.

"Report" BFM TV-yə istinadən xəbər verir ki, nəticədə biri yanğınsöndürən olmaqla 7 nəfər xəsarət alıb.

Telekanalın məlumatına görə, yanğın binanın iki mərtəbəsini əhatə edib.

Hazırda fövqəladə hallar xidmətinin təqribən 50 əməkdaşı yanğını söndürməyə çalışır.