Parisdə "sarı jiletlilər"in aksiyasında 30-dan çox etirazçı saxlanılıb - FOTO
- 18 yanvar, 2020
- 16:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa polisi Parisdə "sarı jiletlilər" hərəkatının şənbə günü keçirilən aksiyasında 32 etirazçını saxlayıb.
“Report”un məlumatına görə, bu barədə paytaxt polisi məlumat yayıb.
"Saat 15.45-də (Bakı vaxtı ilə saat 18:45) polis prefekturasının əməkdaşları 32 nəfəri saxlayıb", - deyə asayiş keşikçilərinin “Twitter”də yerləşdirilmiş xəbərində bildirilir.
BFMTV telekanalı isə qeyd edib ki, “sari jiletlilər” 62-ci istirahət günüdür ki, etiraz aksiyası keçirir. “Təxminən saat 14:30 (Bakı vaxtı ilə saat 16:30) asayiş keşikçiləri "təntənəli yürüşün başında olmaq" istəyən və polisə əşyalar atmaq istəyən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq ediblər. Ancaq bütovlükdə nümayiş dinc keçib”, - deyə bildirilib.