Parisdə naməlum şəxslər soyuq silahla kütləyə hücum edib, ölənlər və yaralanan var

Digər ölkələr
  • 23 avqust, 2018
  • 10:01
Parisdə naməlum şəxslər soyuq silahla kütləyə hücum edib, ölənlər və yaralanan var

Bakı. 23 avqust. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə naməlum şəxslər bıçaqla kütlənin üzərinə hücum edib.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə şəhərin Trappes bölgəsində qeydə alınıb.

Hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb. 

Polisin aksiyanı həyata keçirənlərdən birini zərərsizləşdirdiyi bildirilir.

"Reuters" agentliyi isə İŞİD-in hücumun məsuliyyətini öz üzərinə götürdüyünü yayıb. 

44 filmi