Paris Korreksiya Tribunalı Depardyeni vətəndaş hüquqlarından məhrum edib

Digər ölkələr
  • 13 may, 2025
  • 14:03
Paris Korreksiya Tribunalı Depardyeni vətəndaş hüquqlarından məhrum edib

Paris Korreksiya Tribunalı bu gün fransız aktyor Jerar Depardyeni 2021-ci ildə film çəkilişləri zamanı təcavüzə yol verməsi ilə bağlı işdə təqsirli bilərək onu iki il müddətinə vətəndaş hüquqlarından məhrum edib və seksual cinayətkarlar reyestrinə daxil edilməsinə qərar verib.

“Report” xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.

"Depardye iki il müddətinə vətəndaş hüquqlarından məhrum edilib. Məhkəmə həmçinin onun seksual cinayətkarlar reyestrinə daxil edilməsinə qərar verib", - telekanal bildirib.

Məhkəmə aktyoru 18 ay şərti həbs cəzasına məhkum edib və onu film çəkiliş qrupunun üzvləri olan 54 və 34 yaşlı iki qadına - dekoratora və rejissor köməkçisinə qarşı təcavüzdə təqsirli bilib.