Papua-Yeni Qvineyada 7,5 bal gücündə zəlzələ olub

Digər ölkələr
  • 14 may, 2019
  • 13:57
Papua-Yeni Qvineyada 7,5 bal gücündə zəlzələ olub

Papua-Yeni Qvineyada 7,5 bal gücündə zəlzələ olub.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırma Xidməti məlumat yayıb.

Hadisə ölkənin şərqində yerləşən Rabaul şəhərinin 33 km-liyində baş verib. Yeraltı təkanların mərkəzi 10 km dərinlikdə olub.

İndiyədək ölən və yaralanalar barədə məlumat yayılmayıb. Sunami barədə xəbərdarlıq edilib. 

44 - Tezliklə