Pakistanın daxili işlər naziri sui-qəsd nəticəsində güllə yarası alıb
Digər ölkələr
- 06 may, 2018
- 14:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 may. REPORT.AZ/ Pakistanın daxili işlər naziri Əhsan İqbal Naroval şəhərində (Pəncab əyaləti) sui-qəsd nəticəsində güllə yarası alıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Geo TV telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə mitinq zamanı baş verib. DİN rəhbəri öz avtomobilində olan zaman 20-22 yaşlı gənc oğlan tapançadan ona atəş açıb.
Telekanal xəbər verir ki, güllə onun sağ çiyninə dəyib, nazir təcili xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti sabitdir və həyatı üçün təhlükə yoxdur.
Adı açıqlanmayan gənc saxlanılıb. Hadisənin motivləri barədə məlumat yoxdur.
Son xəbərlər
05:52
ABŞ Prezidenti İrana zərbələri bərpa etmək barədə suala cavab verməkdən yayınıb
Digər ölkələr
05:20
Tramp Mayamidə keçiriləcək G20 sammitinə Zelenskini dəvət etmək niyyətindədir
Digər ölkələr
04:55
FTB "Binance" birjasından edilən oğurluğu Şimali Koreyadan olan hakerlərin törətdiyindən şübhələnir
Digər ölkələr
04:23
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
03:38
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
Digər ölkələr
03:12
Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib
Region
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr
02:23
Foto
Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
Fərdi
02:08
Tbilisidə IMMAF dünya çempionatı başlayır, Azərbaycan 7 idmançı ilə təmsil olunur
Fərdi