Pakistanda məscid yaxınlığında baş vermiş terror aktında ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 18 sentyabr, 2026
  • 20:26
Pakistanda məscid yaxınlığında baş vermiş terror aktında ölənlərin sayı 21-ə çatıb - YENİLƏNİB

Pakistanın şimal-qərbində məscid yaxınlığında baş verən partlayış nəticəsində azı 21 nəfər, o cümlədən 15 polis ölüb.

"Report" xəbər verir ki, bu barədə "Geo News" telekanalı tibb işçilərinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, daha 103 nəfər yaralanıb.

Partlayış bu gün Xayber-Paxtunxva əyalətinin Kohat şəhərindəki "Police Lines" kompleksinin ərazisində baş verib. Partlayıcı qurğunu kamikadze-terrorçu işə salıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 6 cinayətkarı zərərsizləşdiriblər. Pakistan hakimiyyəti baş verənləri terror aktı adlandırıb.

Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığındakı partlayış nəticəsində azı 15 nəfər həlak olub.

"Report" "The News Pakistan"a istinadən xəbər verir ki, partlayış cümə namazı zamanı baş verib.

Bildirilib ki, xəstəxanaya 15 meyit və 50-dən çox yaralı çatdırılıb.

Polisin məlumatına görə, məscidin yaxınlığında partlayış nəticəsində çuxur yaranıb. Zərərçəkənlər arasında polis əməkdaşları da var.

Xilasetmə xidmətlərinin məlumatına görə, məscidin xarici hissəsi ciddi şəkildə zədələnib, həmçinin divar uçub. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Kohat dairə xəstəxanasında fövqəladə vəziyyət rejimi elan edilib.

44 filmi