Pakistanda leysan yağışlar 4 nəfərin həyatına son qoyub
Digər ölkələr
- 04 sentyabr, 2021
- 06:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistanın Karaçi şəhərində leysan yağışlar nəticəsində yaranmış insidentlərdə biri uşaq olmaqla, 4 nəfər həyatını itirib.
“Report” Pakistanın “Samaa TV” telekanalına istinadən xəbər verir ki, son günlər Karaçi şəhəri və ətraf bölgələrdə şiddətli yağışlar müşahidə olunur.
Leysan yağışların şəhərin müxtəlif yerlərində səbəb olduğu qəza və bədbəxt hadisələr nəticəsində 4 nəfər ölüb. Həyatını itirənlərdən birinin azyaşlı olduğu qeyd edilib.
Elektrik enerjisi təchizatında problemlər yaranıb, yollara ziyan dəyib.
Pakistanın Meteorologiya Departamentindən verilən məlumata görə, şiddətli yağışların davam etməsi gözlənilir. İnsanlara diqqətli olmaq və ehtiyatlı davranmaq tövsiyə olunub.
Son xəbərlər
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə
05:27
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Digər ölkələr
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr