Pakistanda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 17 nəfər yaralanıb
Digər ölkələr
- 02 sentyabr, 2025
- 23:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistanda mitinq təşkil olunan ərazinin yaxınlığında partlayış baş verib.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə Bəlucistan vilayətində baş verib.
Rəsmilər partlayışın əyalətin paytaxtı Kvettadakı Şahvani stadionu qarşısında mitinq bitdikdən az sonra baş verdiyini bildiriblər.
"Dawn" nəşrinə danışan xəstəxana sözçüsü Vasim Baiq partlayış nəticəsində 4 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirib.
Partlayışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, sözügedən mitinq keçmiş baş nazir Sərdar Axtar Menqalın rəhbərlik etdiyi Bəlucistan Milli Partiyası tərəfindən təşkil edilib.
Son xəbərlər
23:03
Təmir işləri ilə əlaqədar sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
Energetika
22:57
Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq
Region
22:48
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək
Xarici siyasət
22:47
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu 38 yaşında dünyasını dəyişib
Futbol
22:39
Foto
"Afyon qətliamı"nı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb – Yenilənib
Region
22:28
"Bloomberg": Qətər ABŞ-dən mayeləşdirilmiş təbii qaz alışını artırmağı planlaşdırır
Digər ölkələr
22:15
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Region
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region