Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib

Digər ölkələr
  • 27 dekabr, 2023
  • 16:50
Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib

Pakistan Silahlı Qüvvələri yerli “Fatah II” mənzili uzadılmış reaktiv yaylım atəşi sistemini (RYAS) uğurla sınaqdan keçirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Fatah II” adi döyüş sursatlarının çatdırılması üçün nəzərdə tutulub.

Sistemin idarə olunan raketləri inersial-peyk yönləndirmə sistemi ilə təchiz edilib və 400 km-ə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.

KİV-in məlumatına görə, “Fatah” RYAS Pakistanın “Global Industrial & Defence Solutions” (GIDS) müdafiə şirkəti tərəfindən hazırlanıb və istehsal olunub. O, ABŞ-nin HIMARS (High Mobility Artillery Rocket System) sisteminin analoqu hesab olunur.

150 km-ə qədər uçuş məsafəsi olan “Fatah I” RYAS ilk dəfə Pakistanda 2021-ci ilin avqustunda sınaqdan keçirilib.