Pakistan son dörd ayda ilk dəfə Əfqanıstana raket zərbəsi endirib

Digər ölkələr
  • 21 dekabr, 2021
  • 07:26
Pakistan son dörd ayda ilk dəfə Əfqanıstana raket zərbəsi endirib

"Əfqanıstanın şərqində yerləşən Kunar əyalətinin Pakistan tərəfdən raket atəşinə tutulması nəticəsində 2 nəfər yaralanıb".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalətdəki tayfalardan birinin başçısı bildirib.

Onun sözlərinə görə, raket atəşi nəticəsində Şoltan Dərə kəndinin 2 sakini yaralanıb.

Bildirilib ki, “Taliban” hərəkatı hakimiyyəti ələ keçirdikdən sonra Pakistan ilk dəfədir Əfqanıstan ərazisini raket atəşinə tutub.

Qeyd edək ki, bu il avqustun 15-də “Taliban” Əfqanıstanı tamamilə ələ keçirib.