Orban: Rusiya və ABŞ-nin sammitə qədər həll etməli olduğu bir neçə məsələ qalıb

Digər ölkələr
  • 07 noyabr, 2025
  • 03:19
Orban: Rusiya və ABŞ-nin sammitə qədər həll etməli olduğu bir neçə məsələ qalıb
Viktor Orban

Ukrayna müharibəsi ilə bağlı mövqelərini razılaşdırmaq və prezidentlər Vladimir Putinlə Donald Tramp arasında Budapeştdə görüş keçirmək üçün Rusiya və ABŞ-nin həll etməli olduğu cəmi bir-iki məsələ qalıb.

"Report" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban hökumət başçısı "Magyar Nemzet" qəzetinə verdiyi qısa müsahibədə deyib.

"ABŞ-Rusiya danışıqlarında bir-iki məsələ həll olunmamış qalır. Əgər bunlar həll olunarsa, bir neçə gün ərzində Budapeştdə sülh sammiti keçirilə bilər və bu andan etibarən tərəflərin razılığından asılı olaraq Ukraynada atəşkəs və sülh bərqərar oluna bilər", - deyə Baş nazir bildirib.

Vaşinqtona gedən Orban qeyd edib ki, Ağ Evlə danışıqların əsas mövzularından biri Ukrayna münaqişəsinin həlli yolları olacaq. O, həmçinin növbəti Rusiya-Amerika sammitinin hələ də Budapeştdə baş tutacağına ümid etdiyini bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti